Ronaldu Səudiyyə Ərəbistanında "11-liy"ə düşmədi

Ronaldu Səudiyyə Ərəbistanında "11-liy"ə düşmədi

Səudiyyə Ərəbistanı çempionatında çıxış edən ən bahalı futbolçulardan ibarət rəmzi komanda açıqlanıb. Fanat.Az xəbər verir ki, "Transfermarkt"ın müəyyənləşdirdiyi "11-lik"də 15 milyon avro dəyərində qiymətləndirilən "Əl-Nəsr"in ulduz forvard Kriştianu Ronaldu yer almayıb. Qapıçı: Yassin Bunu ("Əl-Hilal", 11 milyon avro); Müdafiəçilər: Emerik Lyaport ("Əl-Nəsr", 25 milyon), Merih Dəmiral ("Əl-Əhli", 18 milyon), Rocer İbanyes ("Əl-Əhli", 25 milyon); Yarımmüdafiəçilər: Fabinyo ("Əl-İttihad", 35 milyon), Ruben Neveş ("Əl-Hilal", 40 milyon), Otavio ("Əl-Nəsr", 30 milyon), Sergey Milinkoviç-Saviç ("Əl-Hilal", 35 milyon), Malkom ("Ə-Hilal”, 30 milyon); Hücumçular: Neymar ("Əl-Hilal", 45 milyon), Aleksandar Mitroviç ("Əl-Hilal", 28 milyon).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər