Ronaldu rəsmən Səudiyyə Ərəbistanı klubunda!

Ronaldu rəsmən Səudiyyə Ərəbistanı klubunda!

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna keçidi rəsmiləşib.

Fanat.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2 illik müqaviləyə imza atıblar. "Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Ronaldu Qətərdə keçirilən dünya çempionatından əvvəl "Mançester Yunayted"lə müqaviləsinə xitam verildiyi üçün Səudiyyə Ərəbistanı təmsilçisinə azad agent kimi keçib. O, yeni klubunda da 7 nömrəli formanı geyinəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər