Ronaldu məğlubiyyətdən sonra azarkeşin telefonunu sındırdı

Ronaldu məğlubiyyətdən sonra azarkeşin telefonunu sındırdı

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının 32-ci turunun oyunundan - "Everton"la matçdan (0:1) sonra azarkeşin telefonunu qırıb.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, hadisə portuqaliyalı ulduz paltardəyişmə otağına gedərkən yaşanıb.

Belə ki, tərəfdarlardan biri mobil telefon tutduğu əlini Kriştianuya tərəf atıb. "7 nömrə"nin maneəni kənarlaşdırmaq üçün verdiyi reaksiya sayəsində telefon yerə dəyərək kənara sıçrayıb.

MY-nin insidenti araşdırdığı bildirilir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər