Ronaldu ilə Santuş niyə mübahisə ediblər? - İnsidentin detalları

Ronaldu ilə Santuş niyə mübahisə ediblər? - İnsidentin detalları

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun yığmanın baş məşqçisi Fernandu Santuşla yaşadığı insidentin detalları müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən ölkənin "Record" qəzeti yayıb.

Mənbə Santuşun DÇ-2022-nin son qrup oyununda - Cənubi Koreyaya 1:2 hesabı ilə yenildikləri matçdan sonra Ronaldu ilə mübahisə etdiyini vurğulayıb. Xəbərə görə, görüşün 65-ci dəqiqəsində oyundan alınarkən Kriştianu mütəxəssisə "sən məni əvəzləməyə dəlicəsinə tələsirsən" deyib və bu, sonradan paltardəyişmə otağında polemikaya səbəb olub. Yazılanlara inansaq, 37 yaşlı ulduz Santuşa yığmadan gedə biləcəyini də söyləyib.

Qeyd edək ki, Ronaldu mundialın 1/8 finalııda baş tutan İsveçrə ilə oyunda start "11-lik"də yer almayıb. O, 73-cü dəqiqədə meydana çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər