"Mançester Yunayted"in ulduz hücumçusu Kriştianu Ronaldu iyulun 31-də, "Rayo Valyekano" ilə görüşdə (1:1) əvəzləndikdən sonra birbaşa paltardəyişmə otağına, ordan isə komandasını gözləmədən evinə yollanıb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, klubun baş məşqçisi Erik ten Haq buna sərt reaksiya verib:
"Bu düzgün hərəkət deyil. Biz komandayıq, axıra qədər birlikdə olmalıyıq. Komanda yoldaşlarına qarşı da hörmətsizlikdir". Qeyd edək ki, Ronaldu "Mançester Yunayted"dən ayrılmağa çalışsa da, özünə klub tapa bilmir.
Emin