Ronaldu dünyaya gəlməməliymiş - Bacısı heç kimin bilmədiyini açıqladı

Ronaldu dünyaya gəlməməliymiş - Bacısı heç kimin bilmədiyini açıqladı

Kriştianu Ronaldunun bacısı Katya Aveyrunun 38 yaşlı superulduz barədə sosial şəbəkə hesabında yazdığı gündəm olub.

Fanat.Az  xəbər verir ki, Katya anasının Kriştianuya hamilə olduğu zaman abort etmək istədiyini açıqlayıb:

"Kriştianu uyğun olmayan zamanda doğulub. Anamız Doloreş onu dünyaya gətirə bilməzdi. Yeməyimiz yox idi, o, çox güc sərf edirdi. Anamızın abortdan başqa yolu qalmamışdı. Ancaq son anda onu nəsə fikrindən daşındırdı və körpə doğuldu. 39 il öncə o, hamının və hər şeyin əleyhinə çıxaraq Kriştianunu dünyaya gətirdi".

Qeyd edək ki, Ronaldu bu ilin yanvarında Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər