Kriştianu Ronaldunun formasını geyindiyi "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 32-ci turunda səfərdə "Everton"a uduzmaqla (0:1) nəzəri çempionluq şanslarını rəsmən itirib.
Fanat.Az xəbər verir ki, bununla da ötən ilin yayında MY-yə qayıdan Ronaldunun mövsümü titulsuz başa vuracağı dəqiqləşib.
Belə ki, portuqaliyalı ulduzun komandası Çempionlar Liqası ilə yanaşı, daxili turnirlərdə də mübarizəni dayandırıb.
2006-cı ildən bəri keçirdiyi hər mövsümdə titullar qazanan Ronaldu ilk dəfə mükafatsız qalacaq.
Nihat