Ronaldoya çılğın təklif: həftədə 400 min...

Ronaldoya çılğın təklif: həftədə 400 min...

PSJ mövsümün sonunda müqaviləsi başa çatacaq Zlatan İbrahimoviçin boşluğunu Kriştiano Ronaldo ilə doldurmaq istəyir. Fanat.az хəbər verir ki, bu iddia ilə Avropa mətbuatı çıхış edib.

Bir müddət əvvəl PSJ-nin prezidenti Nassir Əl-Xəlifə məqsədlərinin dünya səviyyəli ulduzları transfxer etmək olduğunu bildirmiş və Kriştiano Ronaldonun ilk hədəfləri olduğunu açıqlamışdı.

Yeni məlumatlara görə, PSJ "Real"ın ulduzuna həftədə 400 min avro maaş təklif edir. Məlumat üçün bildirək ki, Zlatan İbrahimoviç PSJ-də həftədə 220 min avro maaş alır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər