Ronaldonun bacısından van Deykə ağır sözlər - FOTO

Ronaldonun bacısından van Deykə ağır sözlər - FOTO
Kriştiano Ronaldonun bacısı Katya Aveyro qardaşının müdafiəsinə qalxıb.
Fanat.Az xəbər verir ki, o, "Liverpul"un müdafiəçisi Vircil van Deykə cavab verib.
Holland futbolçu "Qızıl top"un təqdimat mərasimində jurnalistin "Ronaldo mərasimə gəlməyib, rəqiblərinizdən biri azalıb" fikrinə "O rəqib idi ki?" cavabını verib. 28 yaşlı mərkəz müdafiəçisi tədbirdən sonra isə Messinin mükafata layiq olduğunu söyləyib: "Messi 6-cı dəfə bu titula yiyələndi. Ona hörmətlə yanaşmaq lazımdı. Məndən bir az yaxşı idi".
 
Ronaldonun bacısından van Deykə ağır sözlər - FOTO
Katya Aveyro "Instagram" hesabında oyunçunun açıqlamasına reaksiya verib: "Bəzi insanlar qıcıq yaradırlar. Səmimi deyillər və təvazökarlıqdan uzaqdılar. Sənin 1 dəfə etdiyini, Ronaldo 1000 dəfə edib. Ronaldo 3 fərqli liqada çempion olub. Van Deyk oynadığı liqada hələ də çempion ola bilməyib. Sənin oynadığın ölkədə Ronaldo ən yaxşı və çox qol vuran oyunçu olub. Üstəlik, səndən daha gənc yaşda. Ronaldo və dostları sənin komandanı Millətlər Liqasının finalında əzdi. O, ən zəif vaxtında belə, səndən çox çempionluq sevinci yaşayıb".
 
Ronaldonun bacısından van Deykə ağır sözlər - FOTO
Vircil van Deyk isə bu paylaşımdan sonra o fikirləri zarafatla dediyini söyləyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər