Portuqaliyanın "Sportinq" klubu yetirməsi olan Kriştiano Ronaldoya jest edə bilər.
Fanat.Az xəbər verir ki, Lissabon təmsilçisi ulduz futbolçunun adını ev oyunlarını keçirdiyi stadiona vermək istəyir. Portuqaliyalılar bununla Ronaldonun klubun yetirməsi olduğuna diqqət çəkmək niyyətindədi.
İddialara görə, klub rəhbərliyi bununla bağlı futbolçunun mövqeyini öyrənib. Ronaldo adının stadiona verilməsinə razılıq verib .
Bildirilir ki, hazırda Joze Alvalade stadionu "CR7 Arena" adlandırılacaq.
Qeyd edək ki, "Sportinq" yetirməsi olan Ronaldonu 2003-cü ildə 19 milyon avroya "Mançester Yunayted"ə satıb. 2009-cu ildə 94 milyon avroya "Real"a transfer olunan ulduz futbolçu ötən yay 117 milyon avro qarşılığında "Yuventus"a keçib.
Fanat.Az