Ronaldonu istəyən klubların adı açıqlandı

Ronaldonu istəyən klubların adı açıqlandı

Kriştiano Ronaldonun Madrid “Real”ından ayrılacağı ilə bağlı yayılan söz-söhbətlər artmaqdadı. Fanat.Az xəbər verir ki, “qalaktikos”u tərk etmək istəyən superulduz təkliflər almağa başlayıb.

 

Ronaldonun meneceri Jorje Mendeş bildirib ki, Portuqaliya yığmasının üzvünə 3 ölkənin klublarından təklif var. Bunlar İngiltərə, Fransa və Çin təmsilçiləridi. 

Menecer ad açıqlmasa da, Ronaldonu istəyən İngiltərə və Fransa klublarının adı bəllidi. İngiltərədən iki klub onun xidmətində maraqlıdı ki, bunlardan biri "Mançester Yunayted"di. "Qırmızı-şeytanlar" 2009-cu ildə "Real"a 94 milyon avroya satdıqları ulduzu geri qaytarmaq üçün bir müddətdi çalışır. Zlatan İbrahimoviçin gedişindən sonra forvard axtarışında olan Joze Mourinyonun bu mövqeyə ən böyük namizədi məhz Ronaldodu. Məlumata görə, portuqaliyalı ulduzu transfer etməyə ən real namizəd də məhz "Mançester Yunayted"di.

"Mançester Yunayted" kimi "Mançester Siti" də Ronaldonu heyətinə qatmaq istəyir. Pep Qvardiolanın başçılıq etdiyi komandanın ulduz futbolçu üçün istənilən məbəği ödəməyə hazır olduğu deyilir.

Fransadan isə Ronaldonu PSJ istəyir. Paris klubu uzun müddətdi Neymar, Lionel Messi və Ronaldo kimi superulduzlardan birini heyətinə qatmağa çalışır. Hətta parislilər 2015/16 mövsümünün əvvəlində "Real"a rəsmi təklif də göndərmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər