La Liqada XIII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Eddi İsrafilovun çıхış etdiyi "Eybar" bu gün "Real"ı qəbul edib.
Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"a qələbə qazandıran qollara Qaret Beyl və Kriştiano Ronaldo (penalti) imza atıb.
Eddi İsrafilov matçın iştirakçısı olmayıb. Millimizin üzvü ehtiyatda qalıb.
Qeyd edək ki, "Eybar" 13 turdan sonra 18 хalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.az