Ronaldo qolları sıraladı, sevgilisi göz yaşı tökdü - FOTO/VİDEO

Ronaldo qolları sıraladı, sevgilisi göz yaşı tökdü - FOTO/VİDEO
"Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko”nu qəbul edib və 3:0 hesablı qələbə qazanaraq 1/4 finala çıxıb.
Fanat.Az xəbər verir ki, hər 3 qola Kriştiano Ronaldo imza atıb. Portuqaliyalı ulduzun vurduğu 3-cü qoldan sonra sevgilisi Corcina Rodrigez göz yaşlarını saxlaya bilməyib. 
Corcinanın gözlərinin dolması həm matçı yayımlayan operatorların, həm də fotoqrafların gözündən yayınmayıb. 
Rodrigez qarşılaşmadan sonra isə hisslərini belə ifadə edib: "Futbol daim səninlədi. Sən güclüsən, komanda yoldaşlarının, baş məşqçinin fəxrisən. Bu qələbəni, vurduğun qolları daim haqq edirsən. Uşaqların və mən səninlə fəxr edirik”.
Fanat.Az
 
Ronaldo qolları sıraladı, sevgilisi göz yaşı tökdü - FOTO/VİDEO Ronaldo qolları sıraladı, sevgilisi göz yaşı tökdü - FOTO/VİDEO Ronaldo qolları sıraladı, sevgilisi göz yaşı tökdü - FOTO/VİDEO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər