“Real”ın superulduzu Kriştiano Ronaldo “Barselona”nın hücumçusu Neymar haqda danışıb. Fanat.Az xəbər verir ki, portuqaliyalı braziliyalını İngiltərəyə getməməyə səsləyib.
“O, “Barselona”da daha artığına nail ola bilər. Məncə, bir qədər səbr etməli, tələsməməlidi. Joze Mourinyonun rəhbərliyi altında böyük zirvələr fəth edəcəyini düşünmürəm. Zamanla Messinin yaşı artacaq və “Barsa”da yeni lider parlayacaq. Bu missiyanı yerinə yetirməyə ən real namizəd isə məhz Neymardı”.
Qeyd edək ki, Neymar “Mançester Yunayted” və “Çelsi”nin transfer siyahısındadı.
Fanat.Az