Ronaldo "Kruzeyro"nun səhmlərinin nəzarət paketini satdı - Növbədə "Valyadolid"dir

Ronaldo "Kruzeyro"nun səhmlərinin nəzarət paketini satdı - Növbədə "Valyadolid"dir

Dünya futbolunun canlı əfsanəsi Ronaldo sahib olduğu "Kruzeyro" (Braziliya) klubunun səhmlərinin nəzarət paketini satıb.

Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, sabiq hücumçu bu satışdan 109 milyon avro qazanıb.

Məlumata görə, 47 yaşlı funksioner “Valyadolid” (İspaniya) klubunun səhmlərinin nəzarət paketini də satmaqda qərarlıdır.

Qeyd edək ki, iki dəfə “Qızıl top” mükafatını qazanan Ronaldo Braziliya millisinin heyətində iki dəfə dünya çempionu olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər