Ronaldo, Ceyms, Özil və Pepəyə ŞOK İTTİHAM

Ronaldo, Ceyms, Özil və Pepəyə ŞOK İTTİHAM

Daha bir neçə məşhur futbolçu vergidən yayınmaqda şübhəli bilinir. Bu barədə “Spiegel” məlumat yayıb.

Məlumata görə, Almaniya yığmasının üzvü Məsut Özil, portuqaliyalı Pepe və Rikardo Karvalyo, kolumbiyalı Ceyms Rodriges ilə həmyerlisi Radamir Falkao da vergidən yayınmaqda ittiham olunur.

Özildən başqa digər futbolçuların meneceri Jorje Mendeşdir. O, bütün sxemin qurulmasında əsas fiqur hesab olunur.

“Spiegel” Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldo haqqında da şok ittiham yayıb. Futbolçu külli miqdarda vergidən yayınmaqda şübhəli bilinir.

O, Britaniyanın Vircin adaları və İsveçrədəki ofşorlar vasitəsiylə 150 milyon avronu vergidən gizlədib. Araşdırma "Footbal Leaks" adı altında birləşən jurnalistlər tərəfindən aparılıb. (qafqazinfo)

Ronaldo, Ceyms, Özil və Pepəyə ŞOK İTTİHAM

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər