Ronaldo AÇ-2024-ün qalibinin adını açıqladı

Ronaldo AÇ-2024-ün qalibinin adını açıqladı

Əfsanəvi braziliyalı hücumçu Ronaldo qarşıdan gələn 2024-cü il Avropa çempionatının qalibini proqnozlaşdırıb. 

Fanat.Az xəbər verir ki, məşhur veteran futbolçu "Mail Sport Football"-ın "Youtube" kanalına açıqlamasında favoritinin adını açıqlayıb: "Mənim fikrimcə, qalib İspaniya olacaq". 

Avropa çempionatının final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Qarşılaşmalar ölkənin on müxtəlif şəhərində baş tutacaq. 

Xatırladaq ki, hazırkı Avropa çempionu İtaliya millisidir. "Skuadra Adzurra" AÇ-2020-nin finalında İngiltərə yığmasını penaltilər seriyasında məğlub edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər