Ronaldonun yeni işi açıqlandı

Ronaldonun yeni işi açıqlandı
"Yuventus”un və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo İspaniyada saç əkim klinikası açıb. 
Fanat.Az xəbər verir ki, portuqaliyalı super ulduz klinikanın səhmlərinin 50%-nə sahib olacaq. Tibb müəssisəsinə isə "İnsparya” şirkəti rəhbərlik edəcək. Kosmetik xidmətlər verəcək klinikada əsasən saç əkim prosedurları aparılacaq.
Portuqaliyalı hücumçu klinikanın açılış mərasimində fikirlərini bildirib: "Saç tökülməsi Avropa və bütün dünyada problemə çevirilib. Biz insanlara bu sahədə köməklik etmək istəyirik. Onlar isə bizə müraciət etməkdən utanmamlıdırlar. Hər kəs öz görünüşünə diqqət edir. Mən də bunların tipik nümunəsiyəm. Ona görə də şirkətin rəhbərliyi mənə müraciət edərkən, düşündüm ki, çox unikal layihə olacaq. Bu layihə ispanlara və İspaniya iqtisadiyyatına kömək edəcək”.
Qeyd edək ki, "İnsparya” şirkətinin Portuqaliyada 10 saç əkimi klinikası var və onlarda 35 mindən çox əməliyyat aparılıb. Ronaldonun 50 faizinə sahib olduğu saç əkim mərkəzində qiymətləər 4-7 min avro arasında dəyişəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər