Roberto Karlos banka borcunu ödəmir - 300 min avro

Roberto Karlos banka borcunu ödəmir - 300 min avro
Roberto Karlos banka olan borcunu ödəmir. Fanat.az xəbər verir ki, braziliyalı veteran futbolçu "Anji"də oynadığı dövrdə Rusiya banklarından birindən 300 min avro kredit götürüb.
Gazete.ru-nun məlumatına görə, bir ildən artıq müddətdi bankla Kralos arasında mübahiəsələr yaranıb. Vəkillər problemi həll etməyə çalışsa da, braziliyalı veteran pulu ödəməkdən imtina edir.
Donnews.ru-ya danışan vəkil Yevgeniya Stepanova futbolçunun Rusiyada oynadığı zaman təminat göstərmədən və zaminsiz 300 min avro kredit götürdüyünü, ölkədən getdikdən sonra isə ödəmə etməkdən imtina etdiyini bildirib: "Roberto Karlos "Anji"də oynayarkən kreditini ödəyirdi. Amma başqa komandaya keçəndən sonra ödənişi unutmaq yolunu seçdi. Bu səbəbdən kredit faizləri toplanmağa başladı. Biz onu təsadüfən Türkiyə hava limanında gördük və banka hər ay ən azı 10 min avro ödəyəcəi ilə bağlı anlaşmanı imzaladı. Amma yenə ödəmədi".
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər