“Brayton”un baş məşqçisi Roberto De Zerbi İngiltərədə klubunu dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı yerli “Manchester Evening News” nəşri yayıb.
Mənbənin məlumatına görə, italiyalı mütəxəssis Premyer Liqanın aparıcı klublarından olan “Mançester Yunayted”ə keçə bilər.
Erik ten Haqın rəhbərliyi altında "qırmızı şeytanlar"ın nəticələrindən məmnun olmayan mankunianların rəhbəri Cim Ratkliff Roberto De Zerbini komandanın sükanı arxasında görmək istəyir.
De Zerbi 2022-ci ilin sentyabrından "Brayton"u çalışdıprır. Ötən mövsüm onun rəhbərlik etdiyi komanda Premyer Liqada altıncı yeri tutub və tarixdə ilk dəfə Avropa çempionatına yüksəlib.
Bu mövsüm İngiltərə Premyer Liqasının 26 turundan sonra "Brayton" turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb və altıncı pillədəki "Mançester Yunayted"dən 7 xal geri qalır.