"Oyun çox gərgin keçdi. Hər iki komanda matçın müxtəlif hissələrində oyuna nəzarət etdilər".
Fanat.Az xəbər verir ki, bunu Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis məqsədlərinə çatdıqlarını bildirib: "Qalib gəldik. Azərbaycan millisinin heyətində vaxtilə "Neftçi"də rəhbərliyim altında oynamış futbolçuları gördüm. Hamısı yaxşı təsir bağışladı. Yeri gəlmişkən, "Neftçi"ni çempionluq münasibətilə təbrik edirəm. Azərbaycan millisinə isə uğurlar arzulayıram".
Fanat.Az