Robben məşqçi olmaq istəmir

Robben məşqçi olmaq istəmir

"Bavariya”nın 34 yaşlı vingeri Aryen Robben butslarını mıxdan asmağa tələsmir.

Fanat.Az xəbər verir ki, holland yarımmüdafiəçi "Sport Buzzer”ə müsahibəsində özü belə deyib: "Sağlamam və özümü əla hiss edirəm. Məni "Bavariya” ilə olan müqaviləmi yeniləmək məsələsi narahat etmir. Klub təmsilçiləriylə danışıq aparıram. Fikrimcə, hələ bir neçə il yüksək səviyyədə oynaya bilərəm. Yaşıl meydanlarla vidalaşmağa tələsmirəm. Karyeramı bitirəndən sonra çətin ki, məşqçi olam. Düzdü, ara-sıra oğlumun oynadığı komandayla işləyirəm. Bu özüm üçün də xoş və əyləncəlidi. Amma peşəkar səviyyədə məşqçi olmaq fikrim yoxdu. Məşqçilər həmişə stress altında çalışır, üzərlərində daimi təzyiq hiss edirlər”.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər