Rivera "Land of fire Azerbaijan"dan söz açdı

Rivera "Land of fire Azerbaijan"dan söz açdı

"Atletiko” Futbol Akademiyasının rəhbəri Antonio Rivera klubun son illərdəki uğurlarının səbəblərindən söz açıb.

 

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Rivera "Land of fire Azerbaijan”ın nailiyyətlərdəki payından danışıb. O, bu reklam əməkdaşlığının Azərbaycan tərəfinə də fayda verdiyini bildirib: "Bu əməkdaşlıq həm bizə, həm də onlara çox şey verib. Təbii ki, çoxları bir neçə il öncə formamızda "Land of fire Azerbaijan” yazılı reklamın yerləşdirildiyini xatırlayır. Uğurumuzda onlarla əməkdaşlığın rolu böyükdü. Azərbaycanı dünyada daha yaxşı tanıdılar. Reklam turist axınına təkan verdi. İndi baş sponsorumuz başqadı. Amma Azərbaycan tərəfi ilə hələ də yaxşı əlaqələrimiz var. Belə münasibəti yüksək qiymətləndiririk”.

 

 

Akademiya rəhbərinin fikrincə, əsas komandanın La Liqanın, Avropa Liqasının qalibi olmasında, Çempionlar Liqasında finala çıxmasında, ölkədə "Real” və "Barselona”ya meydan oxumasında sponsorluqlarla yanaşı, akademiyanın rolu danılmazdı: "Fernando Torres, Koke, Saul kimi oyunçular məhz akademiyanın kəşfidi. Bu yüksəliş maliyyə artımına da səbəb oldu. Nəticədə stadionumuzu dəyişdirdik, daha müasir arena inşa etdirdik. Həmçinin transfer bazarında dünya nəhəngləri ilə rəqabəq aparacaq gücə sahibik”.

 

Qeyd edək ki, "Atletiko” 2010-cu ildən bəri La Liqanın (2013-14), İspaniya Kral Kubokunun (2012-13), İspaniya Superkubokunun (2014), Avropa Liqasının (2009-10, 2011-12), Avropa Superkubokunun (2010, 2012) qalibi olub, Çempionlar Liqasında isə 2 dəfə (2013-14, 2015-16) finala yüksəlib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər