Ürəyində problem yaranan Aquero nə yazdı?

Ürəyində problem yaranan Aquero nə yazdı?

"Barselona"nın hücumçusu Serxio Aquero səhhəti ilə bağlı məlumat verib.

Fanat.Az xəbər verir ki, argentinalı ulduz "Twitter" hesabında belə yazıb:

"Həkimlərin tələblərinə əməl edir, müalicə olunuram. Qarşıdakı 90 gündə vəziyyətin necə olacağını görəcəyik. Mən həmişə nikbinəm".

Daha öncə Aqueronun ürəyindəki problem üzündən karyerasını bitirə biləcəyi barədə informasiyalar yayılmışdı.

Xatırladaq ki, İspaniya Primyerasının 11-ci turunda keçirilən "Alaves"lə matçın 51-ci dəqiqəsində Serxio yıxılaraq sinəsini tutmuş, ardından xəstəxanaya çatdırılmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər