Rəşad karyerasını bitirdi:"Məşqçi olacam"

Rəşad karyerasını bitirdi:"Məşqçi olacam"

Son mövsümü Premyer Liqadan düşən AZAL-da keçirən Rəşad Abdullayev karyerasını bitirib. Bu barədə Fanat.Az-a 36 yaşlı yarımmüdafiəçinin özü məlumat verib:

“AZAL-ın klub kimi fəaliyyətini davam etdirməsini çox istəyirəm. Bazası, normal şəraiti var. Bu gün maaşlarımızı da verdilər. Yalnız son ayın əməkhaqqısı qalıb. Aşağı liqada oynamayacam. Artıq futbolçu karyeramı bitirmişəm. Vida matçı keçirmək istəyirdim, alınmadı”.

Abdullayev futbol təsərrüfatında qalacağını, məşqçi qismində fəaliyyət göstərmək istədiyini söyləyib: “Futboldan başqa heç nə bacarmıram. Başqa sahədə çalışmağı heç vaxt ağlımdan keçirməmişəm. Kurslara qatılacam, oxuyacam. Məşqçi olmaq istəyirəm. İşləməyə harda başlayacağımı isə zaman göstərəcək”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər