Renat Dadaşov rəmzi "11-lik"də

Renat Dadaşov rəmzi "11-lik"də

"Hatayspor" - "Konyaspor" matçında (3:1) dubl edərək meydan sahiblərinin qələbəsinə töhfə verən  Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun adı Türkiyə Super Liqasında VIII turun rəmzi komandasına salınıb.

Fanat.Az-ın məlumatına görə, azərbaycanlı forvard "SofaScore" nəşrinin versiyasına əsasən "11-liy"ə düşüb.

Həftənin rəmzi komandası 4-3-3 sxemi üzrə təqdim edilib:

Qapıçı: Uğurcan Çakır ("Trabzonspor")

Müdafiəçilər: Uroş Radakoviç ("Ankaragücü"), Jerom Opoku ("Başakşehir"), Davinson Sançes ("Qalatasaray")

Yarımmüdafiəçilər: Gökcan Kaya ("Pendikspor"), Salih Uçan, Raşid Gezzal (hər ikisi "Beşiktaş"), Qarri Rodriges ("Ankaragücü")

Hücumçular: Renat Dadaşov ("Hatayspor"), Mauro İkardi ("Qalatasaray"), Edin Ceko ("Fənərbağça")

Qeyd edək ki, 24 yaşlı Renat bu yay İsveçrə "Qrashopper"ini "Hatayspor"a dəyişib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər