Rəcəbov "Chess Stars"da mübarizə aparacaq

Rəcəbov "Chess Stars"da mübarizə aparacaq

Sabah azərbaycanlı şahmatçı Teymur Rəcəbovun iştirakı ilə Moskvada “Chess Stars” turniri start götürəcək.

Fanat.Az xəbər verir ki, turnirdə 35 yaşlı qrossmeysterimizlə yanaşı, Sergey Karyakin, Aleksandr Qrişuk, Sənan Syugirov, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya), Raunak Sadvani (Hindistan) və Bibisara Assaubayeva (Qazaxıstan) da mübarizə aparacaqlar.

Rəcəbov iştirakçılar arasında ikinci reytinqə malikdir. O, bu göstəricidə yalnız Karyakindən geri qalır. 

Turnirin ilk üç günündə rapid oyunları, daha sonrü isə blits görüşləri baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər