Rauf Əliyev rəsmən "Kukesi"də - FOTO

Rauf Əliyev rəsmən "Kukesi"də - FOTO

Albaniyanın "Kukesi" klubu Rauf Əliyevin transferini açıqlayıb. Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi futbolçumuz üçün təqdimat mərasimi keçirib.

Bununla da o, Albaniya çempionatında oynayacaq ilk azərbaycanlı olacaq. Müqavilənin detalları və müddəti açıqlanmayıb. "Kukesi" Raufla yanaşı, Ardit Pepoşini də transfer edib. 

Qeyd edək ki, Rauf Əliyev "İnter"lə müqaviləsinin başa çatdığını bildirib. Klub isə hələ bir illik anlaşmanın olduğunu iddia edir. Bakı klubu FIFA-ya şikayət etməyə hazırlaşır.

Rauf Əliyev rəsmən "Kukesi"də - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər