Albaniya Super Liqasında IV tur başa çatıb.
Fanat.Az xəbər verir ki, Robert Prosineçki tərəfindən son vaxtlar milliyə çağırılmayan Rauf Əliyevin komandası - “Kukesi” də növbəti oyununu keçirib.
Yığmamızın forvardının şərəfini qoruduğu klub “Skenderbeu”nu qəbul edib. Matç liderin müəyyənləşməsi baxımından xüsusi ab-havada keçib və yetərincə gərgin alınıb. Hesabında 7 xal olan tərəflərin duelindən meydan sahibləri yenik ayrılıb - 1:2. Nəticədə "Skenderbeu" xal hesabını 10-a yüksəldib və turnir cədvəlinin zirvəsinə yüksəlib.
Görüşə start heyətində başlayan Rauf 90 final fitinə qədər oynayıb.
Fanat.Az