Raşford bu kluba keçsə, ayda 1 milyon avro alacaq

Raşford bu kluba keçsə, ayda 1 milyon avro alacaq

"Mançester Yunayted"lə müqaviləsinin müddəti yayda başa çatacaq Markus Raşford müxtəlif Avropa nəhənglərinin diqqət mərkəzindədir.

Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, DÇ-2022-də inamlı oyunla yadda qalan 25 yaşlı hücumçunu heyətinə qatmaq istəyənlər arasında PSJ də var.

Xəbərə görə, Paris klubunun rəsmiləri yanvarda Markusla danışıqlara başlamaqda qərarlıdır. Mənbə sözügedən oyunçunun PSJ-yə azad agent qismində keçəcəyi halda, aylıq 1 milyon avro əməkhaqqı alacağını vurğulayıb.

Xatırladaq ki, Raşford Qətərdə keçirilən dünya çempionatında 5 oyuna 3 qol vurub. İngiltərə seçməsi 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər