Ramos hökumət nümayəndələri ilə danışmaqdan niyə imtina edib? - SƏBƏB

Ramos hökumət nümayəndələri ilə danışmaqdan niyə imtina edib? - SƏBƏB
İspaniya hökumətinin nümayəndələri və La Liqanı təmsil edən futbolçular arasında mövsümün gələcəyi ilə bağlı videokonfrans keçirilib.
Fanat.Az "Cadena SER"ə istinadən xəbər verir ki, "Real"ın kapitanı Serxio Ramos videokonfransda iştirakdan imtina edib. Onu komanda yoldaşı - Dani Karvahal əvəzləyib. Karvahalla yanaşı, Jerar Pike ("Barselona"), Koke ("Atletiko") və Asyer İlyarramendi ("Real Sosyedad") müzakirələrə qoşulublar.
Ramos koronavirus pandemiyası dövründə İspaniya hökumətinin yanaşmasını, xüsusilə də Səhiyyə Nazirliyinin qərarlarını bəyənmədiyi üçün videokonfransda iştirak etmək istəməyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər