Ramiz Məmmədov "darağa patron doldurur"- ÖZƏL

Ramiz Məmmədov "darağa patron doldurur"- ÖZƏL

Yanvarda Zaur Svanadzenin postunu ələ keçirmək üçün "İnter"in əvəzedici komandasında qondarma koordinator postunda baş məşqçilik edən Ramiz Məmmədov çevrilişə ustalıqla hazırlaşır. Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən mütəxəssis "dubl"a şəxsi istəyi ilə bir neçə futbolçu cəlb edib.

Komandaya götürülən yenilərə yaxşı məvacib vəd olunsa da, bu günədək heç birinə maaş verilməyib. Klub başqanı Zaur Axundovun qəbulunda olan gənclərə maliyyə böhranına dözəcəkləri halda, qışda elitada top qovacaqları bildirilib. Premyer Liqada oynamaq həvəsiylə alışıb yanan gənclər Məmmədovun əsas zərbə qüvvəsi sayılır. Kölgəyə çəkilən, özünə klub tapa bilməyən daha bir neçə yerli qarşıdakı günlərdə "ağ-göylər"in heyətinə qatılacaq və hər biri koordinator tərəfindən təlimatlandırılaraq qışa hazırlanacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər