Ramilin lisenziyası təsdiqini tapmadı, Məryəmə "yaşıl işıq" - Tokio-2020

Ramilin lisenziyası təsdiqini tapmadı, Məryəmə "yaşıl işıq" - Tokio-2020
Üzgüçümüz Ramil Vəlizadə Tokio-2020-də iştirak edə bilməyəcək. Belə ki, 17 yaşlı idmançımızın bir müddətdir təsdiqini gözləyən lisenziya məsələsinə müsbət cavab alınmayıb.
Bu barədə Fanat.Az-a üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanov məlumat verib. Çalışdırıcı qərarı belə şərh edib: "Olimpiadanın keçirilmə tarixi uzandığından, lisenziya qazandıran yarışların, beləliklə, birbaşa vəsiqə - "A lisenziyası" əldə edən idmançıların da sayı çoxaldı. Nəticədə, çox təəssüf ki, Ramil Vəlizadənin də rəsmi təsdiqini gözləyən "B lisenziyası"na müsbət cavab ala bilmədik".
 
Ramilin lisenziyası təsdiqini tapmadı, Məryəmə "yaşıl işıq" - Tokio-2020
Çalışdırıcı əvəzində Məryəm Şeyxəlizadənin  Olimpiadada iştirak hüququ qazandığını nəzərə çatdırıb: "Pandemiya şəraiti nəzərə alınaraq, Beynəlxalq Üzgüçülük Federasiyası tərəfindən yeni qaydalar qəbul olundu. Qaydalara əsasən, millinin bir üzvü "A lisenziyası" qazanıbsa, komandanın ən yüksək reytinq xalına malik əks cinsdən olan nümayəndəsinə Olimpiadada iştirak hüququ verilir. Bizdə isə kişilərin yarışında Maksim Şemberev iki il öncə Cənubi Koreyada keçirilən dünya çempionatında üzgüçülük tariximizdə ilk dəfə "A lisenziyası"na yiyələndiyindən, komandamızın ən yüksək reytinqə sahib xanım üzvü Məryəm Şeyxəlizadəyə Azərbaycanı Tokioda təmsil etmək haqqı tanınıb".
 
Ramilin lisenziyası təsdiqini tapmadı, Məryəmə "yaşıl işıq" - Tokio-2020
Qeyd edək ki, Tokio Olimpiadasında üzgüçülük yarışları iyulun 24-dən avqustun 5-dək keçiriləcək.
 
Sahib Əsədbəyli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər