Slovakiya çempionatında XX turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, Ramil Şeydayevin çıxış etdiyi "Jilina" “Podbrezova”nın qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Martın 26-da "Zlate" ilə ev oyununda debüt edən və 14 dəqiqə oynayan millimizin üzvü bu dəfə start heyətində yer alıb. Şeydayev oyunu əvəzedilmədən keçirib.
Qeyd edək ki, "Jilina" 20 turdan sonra 48 xalla ən yaxın izləyicini böyük fərqlə - 10 xal geridə qoymaqla turnir cədvəlinə başçılıq edir.
Fanat.Az