Ramil qol ötürməsi verdi, meydandan qovuldu

Ramil qol ötürməsi verdi, meydandan qovuldu
Rusiya Premyer Liqasında XXVI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov” "Zenit”in qonağı olub. Qarşılaşma Sankt-Peterburq təmilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. 
Meydana start heyətdə başlayan Ramil 40-cı dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsini komanda yoldaşı Serqey Tkaçuk qolla tamamlayıb. Lakin Şeydayev matçı bitirə biləməyib. Belə ki, futbolçumuz 78-ci dəqiqədə isə kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydandan qovulub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 57-yə çatdıran "Zenit" liderliyini qoruyub. "Krılya Sovetov" isə 27 xalla 13-cüdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər