"Mançester Siti"nin hücumçusu Rahim Sterlinq iş yerini dəyişir.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü artıq "Çelsi"yə transfer olunmaq üçün tibbi müayinədən də keçib.
Mənbə 27 yaşlı futbolçunun transferinin yaxın günlərdə ictimaiyyətə açıqlanacağını, "zadəganlar"ın isə Sterlinq üçün "şəhərlilər"ə 59 milyon avro ödəyəcəyini vurğulayıb.
Xatırladaq ki, sözügedən futbolçu "Mançester Siti"yə 2015-ci ildə "Liverpul"dan transfer olunub. Mançester təmsilçisinin forması ilə 337 rəsmi matça çıxan Sterlinq 131 qol və 94 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "şəhərlilər"lə olan müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.
Nihat