Rafael Fiziyevin Geyci ilə döyüşünün dəqiq tarixi açıqlandı

Rafael Fiziyevin Geyci ilə döyüşünün dəqiq tarixi açıqlandı

Mütləq Döyüş Çempionatı (UFC) Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyevin ABŞ idmançısı Castin Geyci ilə görüşünün vaxtını açıqlayıb.

Fanat.Az xəbər verir ki, qarşılaşma martın 18-də Londonda keçiriləcək.

Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib. Castin Geyci isə ötən ilin mayında Braziliyanın digər təmsilçisi Şarlis Oliveyra da Silvaya uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər