Rafael Benitez: "Komandamda əhli-kef adamlara yer yoxdur"

Rafael Benitez: "Komandamda əhli-kef adamlara yer yoxdur"

"Everton"un baş məşqçisi Rafael Benitez komandanın sabiq yarımmüdafiəçisi Xames Roqdriqezin (James Rodriguez) klubdan gedişini şərh edib.

Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 61 yaşlı metəxəssis Xamesin futbolçu olaraq sürdüyü həyat tərzini tənqid edib:

"Xames günəş altında istirahəti, rahat həyati, kefi və pulu futboldan daha çox üstün tutur. O, az məşq edərək daha çox dincəlməyi sevən adamdır. Məşqlərdə özünü yaxşı tərəfdən göstərmək əvəzinə, ancaq heyətə düşməsini gözləyirdi. Onun belə tənbəlliyi ilə əsas heyətə düşməsi çalışqan futbolçulara qarşı hörmətsizlik olardı. Mənim komandamda əhli-kef adamlara yer yoxdur!".

Rafael Benitez: "Komandamda əhli-kef adamlara yer yoxdur"

Xatırladaq ki, Xames Rodrigez sentyabrın 22-si Qətərin "Ər-Rəyyan" klubuna transfer olunub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər