Qvardioladan sabiq yetirməsinə: "Səni məğlub edəcəyəm" - VİDEO

Qvardioladan sabiq yetirməsinə: "Səni məğlub edəcəyəm" - VİDEO

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Barselona"dan ayrılan Serxio Busqetsə videomesaj göndərib.

Fanat.Az "Football Espana"ya istinadən xəbər verir ki, kataloniyalı mütəxəssis 34 yaşlı futbolçunun İspaniya nəhəngindən ayrılmaq üzrə olan yarımmüdafiəçiyə "əlcək atıb":

“Sergi, sənə bir neçə söz deməyimi xahiş edirlər. Əldə etdiyin titullar, uğurlar haqda çox danışmaq istəmirəm. Bilirəm ki, tezliklə məşqçi olacaqsan. Səni rəqib komandanın məşqçi skamyasında gözləyəcəyəm. Komandanı məğlub edəcəyəm, topsuz qoyacağam, mərkəz müdafiəçini xüsusi diqqətdə saxlamağı tapşıracağam... Səni öpürəm və ümid edirəm ki, bir gün "Barselona"nı çalışdıracaqsan".  

Buskets "Barselona”nın yetirməsi sayılır və əsas komandada 2008-ci ildən - məhz Xosep Qvardiolanın "Barselona"nı çalışdırmağa başladığı ildən çıxış edib.

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər