Qvardiola Holandla bağlı həyəcan təbili çaldı: "Başımızı ağrıdacaq"

Qvardiola Holandla bağlı həyəcan təbili çaldı: "Başımızı ağrıdacaq"

"Mançester Siti"nin hücumçusu Erlinq Holandın səhhəti ilə bağlı problemi var. 

Fanat.Az xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola "Milan"la yoldaşlıq görüşündən sonra açıqlamasında bildirib.

Qeyd edək ki, norveçli hücumçu son oyunda meydanda cəmi 45 dəqiqə keçirib. 

İspaniyalı mütəxəssis bu barədə  Premyer Liqanın mətbuat xidmətinə danışıb: “Erlinq narahatlıq hiss edir. Biz risk etmək istəmirik. Amma gec-tez məşq və oyun dəqiqələri baxımından növbəti addımı atmalı olacaq. Mövsümün startına az qalıb. Biz onu üç həftə və ya bir ay müddətinə itirmək riskinə girmək istəmirik. Amma bilirik ki, bu, başımızı ağrıdacaq”. 

Qeyd edək ki, “Mançester Siti” 2024/2025 mövsümünün ilk oyununu avqustun 10-da – İngiltərə Superkubokunda “Mançester Yunayted”ə qarşı keçirəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər