Qvardiola etiraz etdi: "İPL biznesdir"

Qvardiola etiraz etdi: "İPL biznesdir"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Liverpul"un kapitanı Cordan Hendersonun COVID-19 protokolları və sıx təqvimə görə etirazını dəstəkləyib. 

Fanat.Az "Sky Sports"a istinadən xəbər veri ki, 50 yaşlı mütəxəssis İPL-dəki 3 əvəzetmə məsələsinə də toxunub: 

"Razıyam, amma futbolçular və məşqçilər hamı birlikdə etiraz etməlidir. Bu məsələ sadəcə sözlə həll olunmayacaq. Premyer Liqa biznesdir. 5 əvəzetmə məsələsini də müzakirə etmək lazımdır. Oyunçuların rifahı hər şeydən önəmli olmalıdır. İngiltərə 3 əvəzetmə olan yeganə ölkədir."

Xatırladaq ki, Premyer Liqanın hazırkı turnir cədvəlinə “Mançester Siti” başçılıq edir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər