Qurbanov və Bordin gerilədi

Qurbanov və Bordin gerilədi
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 461-ci pillədə yer alıb. Qurbanovun ötən siyahı ilə müqayisədə 3 pillə geriləyib.
"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 961-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis də 3 pillə geri düşüb.
Qeyd edək ki, siyahıya "Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "River Pleyt”in baş məşqçisi Marselo Qallardo isə 3-cüdür.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər