Qurbanlı oynadı, “Yurqorden” səfərdə uduzdu

Qurbanlı oynadı, “Yurqorden” səfərdə uduzdu

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 19-cu tur çərçivəsində səfərdə “Göteborq”la qarşılaşıb.

Görüş "Yurqorden"in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Musa görüşün 88-ci dəqiqəsində meydana buraxılıb.

“Yurqorden” hazırda 33 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər