Qurban Qurbanovun oğluna ölkə xaricindən təklif gəlib

Qurban Qurbanovun oğluna ölkə xaricindən təklif gəlib
"Musa Qurbanlının "Qarabağ"a gəlişi mənim inadımla olub. Qurban Qurbanov onun "Neftçi"də qalmasını istəyirdi". 
Bu fikirləri "Report”un "Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib. Sadıqov bu keçidə problem yaratmayan "Neftçi" rəhbərliyinə təşəkkürünü bildirib. 
Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi "Qarabağ"ın U-19 komandasında hücumçunun baş məşqçisi olduğunu xatırladıb. Sadıqovun sözlərinə görə, Qurbanlının Ağdam təmsilçisinin əsas heyətində oynaması çox tezdi: "Musa Qurbanlıya xarici klublardan da təklif olmuşdu. Bütün gənclər kimi onun da üzərində işləyirik".  
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər