Qurban Qurbanov: "Yoxlama oyunları bunun üçündü"

Qurban Qurbanov: "Yoxlama oyunları bunun üçündü"
"Pis oyun keçmədi. 27 gündür burdayıq, futbolçularda fiziki yüklənmə var”. Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Antalyada hazırlıq prosesi çərçivəsində son hazırlıq oyununda "Mladost”la qarşılaşan Ağdam klubu oyundan 1:1 hesablı bərabərliklə ayrılıb.
Matçdan sonra qısa açıqlama verən Qurbanov oyundan razı qaldığını bildirib: "Bu, normal haldı. Futbolçularım yaxşı mübarizə apardı, səhvlərimiz oldu. Yoxlama oyunları da səhvlərimizi görüb aradan qaldırmaq üçündür. Zamanla bu səhvlər də düzələcək”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər