"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışı çərçivəsində Rusiyanın "Arsenal” (Tula) komandasına qarşı keçirdikləri yoxlama oyununu (0:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, klubun mətbuat xidmətinə azarkeşlərlə bağlı verilən qərar barədə də danışıb.
"Bir az fərqli oyun alındı. Çox istərdim ki, 90 dəqiqə ərzində bütün futbolçular meydanda olsun. Yəni minimum ilk "11-liy”in meydanda 90 dəqiqə qalmasını istəyərdim. Amma bəzi səbəblərə görə matçın gedişatında bəzi futbolçuları planlaşdırdığımızdan daha tez əvəzlədik. Biz hər oyuna qələbə üçün çıxırıq. Futbolçularımızı belə motivasiya edirik. Amma hər bir halda oyunçuların hazırlığını fikirləşirik, həm də onların meydanda düşünmələrinə böyük önəm veririk. Bu matçda bir neçə epizodu çıxmaq şərti ilə futbolçularımdan razı qaldım. Həqiqətən də inanıram ki, hər şey bizim düşündüyümüz kimi gedir. Son yoxlama matçına komandamızın hazırlığı yaxşı olmalıdır. Tam düşündüyümüz oyunu oynamağa çalışacağıq”.
Qeyd edək ki, "Qarabağ" son yoxlama matçını iyulun 15-i "Auqsburq”a qarşı keçirəcək.
Bundan sonra vətənə dönəcək Ağdam klubu iyulun 22-də UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda "Aşdod" ilə ilk matça çıxacaq. Görüş saat 20:00-da başlayacaq.