Qurban Qurbanov: "Şəraiti nəzərə alsaq, bizim üçün ağır səfər idi"

Qurban Qurbanov: "Şəraiti nəzərə alsaq, bizim üçün ağır səfər idi"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İrlandiyada "Dundalk"la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis matçdan sonra mətbuat konfransında görüşün ağır alındığını bildirib.
O, bütün şəraiti nəzərə alaraq belə qənaətə gəldiyini vurğulayıb: "Rəqib həddindən artıq çox istəkli idi, bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım".
Bununla yanaşı, Qurbanov bəzi zədəli futbolçular üzündən oyun planında dəyişikliklərin olduğunu diqqətə çatdırıb. O, cavab matçında maksimum diqqətli olmalarının gərəkliyini söyləyib: "İnanıram ki, qarşıdakı bir həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik".
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" matçı saat 21:00-da başlanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər