Qurban Qurbanov qardaşına güzəşt etmədi

Qurban Qurbanov qardaşına güzəşt etmədi

"Qarabağ" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə bu gün yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrinin I divizion klubu "Zaqatala" ilə oyunda sınayıb.

Oyun "Qarabağ"ın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun heyətində Reynaldo Silva və Riçard Almeyda dubl edib, yeni transfer Dino Ndlovu isə ilk qolunu vurub.

Qeyd edək ki, "Zaqatala"nın prezidenti Qurban Qurbanovun qardaşı Musa Qurbanovdu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər