Qurban Qurbanov jurnalistlərlə görüşəcək

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiakos” matçından öncə mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "köhlən atlar" "Azərsun Arena"da, rəqib komanda "Olimpiakos" isə Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək.

12 oktyabr

13:00 Baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı

Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

19:00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)

Məkan: “Azersun Arena”

12 oktyabr

17:30 “Olimpiakos”un baş məşqçisi Xose Miçelin mətbuat konfransı

18:00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)

Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd: Tofiq Bəhramov adına Respublika stadionundan “Azersun Arena”ya jurnalistlərin aparılması üçün klubumuz tərəfindən avtobus ayrılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər