Qurban Qurbanovla yüngül atletika üzrə Türkiyə millisinin azərbaycanlı üzvü Ramil Quliyevin görüşü olub. Fanat.Az xəbər verir ki, görüş Antalyada baş tutub.
Ramil Quliyev "Qarabağ"ın oyunlarını izlədiyini söyləyib, komandaya gələcək matçlarda uğurlar arzulayıb.
Qeyd edək ki, "Qarabağ" və dünya çempionu Ramil Quliyev hazırda eyni idman kompleksində təlim-məşq toplanışındadır. (Qol.az)